Məşhur futbolçu mer olmaq istəyir

Məşhur futbolçu mer olmaq istəyir

Sabiq braziliyalı futbolçu Romario Rio-de-Janeyronun meri olmaq istəyir. 50 yaşlı Romario bu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb. 

2014-cü ildə Braziliyanın federal senatı olmasından söz açan sabiq hücumçu bunları bildirib: "Elə o vaxt da senator postuna namizədliyimi irəli sürəndə, çoxları təcrübəmin olmadığını deyirdi. Ancaq hazırkı siyasi təcrübə göstərir ki, ən çox təcrübəsi olanlar da barmaqlıqlar arxasında ola bilər. Lakin bu təcrübə məndə heç vaxt baş verməyəcək".

 

Ölkədə seçki kampaniyası avqustun 16-da start götürəcək. Seçkilərin ilk turu oktyabrın 2-si, ikinci mərhələsi isə həmin ayın 30-da olacaq.

 

Qeyd edək ki, 1987-ci ildən 2005-dək Braziliya yığmasında çıxış edən Romario 70 oyunda 55 qol vurub. Bu göstərici ilə o, yığma tarixində Pele və Ronaldodan sonra 3-cü nəticə göstərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər