Məşhur futbolçu keçmiş arvadını avtomobillə vurdu 

Məşhur futbolçu keçmiş arvadını avtomobillə vurdu 

Argentinanın "Boka Xuniors" klubunun yarımmüdafiəçisi Eduardo Salvio axtarışdadır.

Fanat.Az "Ole"yə istinadən xəbər verir ki, o, keçmiş arvadını avtomobillə vuraraq hadisə yerindən qaçıb.

Olay bu gecə qeydə alınıb. Belə ki, Salvionun eks həyat yoldaşı onu avtomobildə başqa qadınla görüb və danışmaq istədiyini bildirərək maşının pəncərəsini döyüb. Lakin futbolçu şüşəni aşağı endirməyib. Belədə, qadın avtomobilin önünə keçərək Eduardonun getməsinə mane olmağa çalışıb. Lakin qaza basan oyunçu sabiq xanımına ciddi xəsarətlər yetirib. Hadisədən sonra zərərçəkən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Salvio daha öncə "Atletiko Madrdi" və "Benfika"nın şərəfini qoruyub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər