Məşhur futbolçu I divizionda

Məşhur futbolçu I divizionda
İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes I divizion klubunda top qovacaq.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İspaniya Sequndasında çıxış edən "Estremadura” klubu ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti 6 aydı.
Qeyd edək ki, son iş yeri Çinin "Sintszyan Tyançan Leopard” klubu olan Reyes karyerası ərzində İspnaiyanın "Sevilya", "Real", "Atletiko", "Espanyol", "Kordoba", İngiltərənin "Arsenal" və Portuqaliyanın "Benfika" klublarında çıxış edib. O, 2003-2006-cı illərdə İspnaiya millisində 21 oyun keçirərək 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər