Məşhur futbolçu Hələbə görə üsyan etdi

Məşhur futbolçu Hələbə görə üsyan etdi

Futbol dünyasının məşhur simaları sosial şəbəkə hesablarından gündəlik həyatlarına aid müxəlif paylaşımlar etməkdə davam edir.

İngiltərə Premyer Liqasının bu il çempionluğa əsas namizədi "Çelsi"də forma geyən braziliyalı futbolçu David Luiz Hələbdə yaşanan müsibətlərə səssiz qala bilməyib.

29 yaşlı ulduz futbolçu "Instagram" hesabından Hələbdə öldürülən günahsız uşaqların fotolarını paylaşaraq bu sözləri qeyd edib: "Hələbdə davam edən qırğına dünya səssiz qalır. İçimizdəki müqəddəs ruh sevgisi ilə bu pisliyi dayandıraq. Bütün dünya dua edərək bir araya gələk. Bu birliyə ehtiyacımız var. İnsan hüquqları haradadı? Suriya üçün dua edin, Hələb üçün dua edin".(milli.az)

Məşhur futbolçu Hələbə görə üsyan etdi

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər