Məşhur futbolçu ehtiyacı olan insanlara qida məhsullarının çatdırılmasına kömək edir

Məşhur futbolçu ehtiyacı olan insanlara qida məhsullarının çatdırılmasına kömək edir
"İnter"in yarımmüdafiəçisi, icarə əsasında "Kalyari"də çıxış edən Raca Naynqqolan koronavirus pandemiyasının geniş yayıldığı dönəmdə İtaliyada ehtiyacı olan insanlara qida məhsullarının çatdırılmasında yardım edir.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Naynqqolan xüsusi könüllülər qrupuna qoşulub və koronavirusla əlaqədar işini itirənlərə, o cümlədən yardıma ehtiyacı olan insanlara qida məhsullarının alınması və çatdırılmasında iştirak edir. Belçikalı futbolçu qaydalara əməl edərək qoruyucu maska və əlcəkdən istifadə edir.
Cari mövsümdə İtaliya A Seriyasında 21 matçda meydana çıxan Naynqqolanın aktivində 5 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər