"Feyenoord"un və Qana millsinin sabiq müdafiəçisi Kristian Qyan həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, xərçəng xəstəliyi ilə mübarizə aparan 43 yaşlı veteran bu gün ölüb.
1997-2007 aralığında "Feyenoord"un formasını geyinən Qyan Rotterdam təmsilçisi ilə UEFA Kubokunun qalibi olub (2001/2002), ölkə çempionluğunu bayram edib (1998/1999) və 1999-cu ildə Niderland Kubokunu qazanıb.
Kristian 1998-2002-ci illərdə Qana yığmasına çağırılıb.