"Barselona" və "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Yaya Ture İngiltərənin gücünə görə dördüncü divizionunda mübarizə aparan "Leyton Orient" klubu ilə birlikdə məşq edir.
Fanat.Az xəbər verir ki, bu barədə "Leyton Orient"in "Twitter" hesabı məlumat yayıb. Məlumatda qeyd olunub:
"Görün, kim buradadı... Üçqat Premyer Liqa çempionu, Çempionlar Liqası, La Liqa və Afrika Millətlər Kubokunun qalibi - Yaya Ture! Budur, qarşınızdadı, həm də "Leyton Orient"in məşq formasında".
Yaya Turenin son iş yeri Çinin "Tsindado Haynyu" klubu olub.
Fanat.Az