24 yaşlı Raçel Kalvert məşhur futbolçu Jermain Defo üçün həyat yoldaşını tərk edib. Fanat.az xəbər verir ki, o iki illik əri Tonini Sevgililər günündə bir super marketin önündə aldadaraq qaçıb.
Raçel həftədə 70 min sterlinq qazanan 33 yaşlı Defonun Pontelanddakı 2 milyonluq malikanəsinə yerləşib. Tonidən 3 yaşlı qızı olan qadın olduqca xoşbəxtdi. Toni isə Defonun azarkeşi olduğu üçün arvadının ona qaçmağından şoka düşüb.
Defo Nyukaslda gecə klubunda qucaq rəqqasəsi işləyən qadınla münasibəti haqqında heç bir açıqlama verməyib.



Fanat.az