Məşhur futbolçu ailə üzvləri tərəfindən öldürüldü

Məşhur futbolçu ailə üzvləri tərəfindən öldürüldü

İki gün əvvəl dünyasını dəyişən “Ayaks”ın keçmiş futbolçusu Codi Lukokinin ölüm səbəbi məlum olub.

Fanat.Az Niderland mətbuatına istinadən xəbər verir ki, ailə üzvləri tərəfindən döyülən 29 yaşlı oyunçu xəstəxanada vəfat edib.

Konqo millisinin üzvü bazar günü Almere şəhərindəki xəstəxanaya baş və dizinin ağrımasına görə müraciət edib. Ancaq məlum olub ki, Lukokinin vəziyyəti daha ağırdır.

Həkimlər onun kəskin infeksiyaya səbəb olmuş ayağını amputasiya etmək istəyiblər. Əməliyyat zamanı komaya düşən futbolçu ayılmayıb. Polis Lukokinin ölümü ilə bağlı araşdırmaları davam etdirir.

Coi Lukoki “Ayaks”, “Kambur”, “Zvolle”, “Ludoqorets” və “Yeni Malatyaspor” klublarında çıxış edib. Onun son komandası “Tvente” olub. Bununla belə, zədədən yeni döndüyü, həm də sevgilisinə qarşı zorakılığa görə müqaviləsi ləğv edildiyi üçün "Tvente"də meydana çıxmağa fürsət tapmayıb.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər