Məşhur futbolçu 33 yaşında karyerasını bitirdi

Məşhur futbolçu 33 yaşında karyerasını bitirdi
"Mançester Siti" və Yunanıstan yığmasının sabiq üzvü Georgios Samaras karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, hücumu 33 yaşında bu addımı atıb. Bu barədə Samarasın sabiq klubu Şotlandiya "Seltik"inin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Məşhur futbolçu 33 yaşında karyerasını bitirdi
Qeyd edək ki, Georgios Samaras peşəkar karyerasına Hollandiyanın "Herenven" klubunda başlayıb və 2006-cı ildə 8,5 milyon avroya "Mançester Siti"yə transfer olunub. Sonrakı illərdə o, Şotlandiyanın "Seltik", İngiltərənin "Vest Bromviç", Səudiyyə Ərəbistanın "Əl-Hilal", ABŞ-ın "Rayo OKC", İspaniyanın "Saraqosa" və Türkiyənin "Samsunspor" klublarının şərəfini qoruyub. 
O, klub karyerası ərzində 4 dəfə Şotlandiya çempionluğunu, 2 dəfə bu ölkənin kubokunu və 1 dəfə Liqa kubokunu qazanıb.
2006-2014-cü illərdə Yunanıstan millisində çıxış edən hücumçu 81 oyunda 9 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər