Sedrik Monqonqu Rumıniyanın "Politexnika" klubu ilə qeyri-adi müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, Konqo millisinin üzvü 100 avro maaş almağa razılıq verib.
Müqavilənin şərtlərinə əsasən, 29 yaşlı müdafiəçi "Politexnika"nın heyətində 5 oyuna çıxsa, növbəti oyundan etibarən maaşə 4 min avroya qalxacaq.
Qeyd edək ki, 2007-2011 illərdə "Monako"da çıış edən futbolçu Sedrik daha sonra Fransanın "Eyvan", "Monpelye" və Türkiyənin "Əskişərspor" klublarında çıxış edib. 1 il klubsuz qalan Sedrik Monqonqu 2008-ci ildən çağırıldığı Konqo millisində 40 oun keçirib və 2 qol vurub.
Fanat.Az