"Milan"ın hücumçusu Zlatan İbrahimoviç gələcəyi barədə danışıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, İbrahimoviç "Milan"dan ayrıla biləcəyini istisna etməyib:
"İbra qalib olmaq üçün oynayır, yoxsa evdə oturmağa üstünlük verər. Dedilər ki, futbolla ABŞ-da vidalaşmaq asan işdi, mən də "Milan"a qayıtdım.
Təkcə ehtirasıma görə buradayam, çünki, demək olar ki, havayı oynayıram. Koronavirus məsələsi ortaya çıxanda öz-özümə düşündüm: "Bəlkə də, bu, karyeramı bitirməyim üçün işarədi".
İbra futbol oynamaq üçün doğulub və o, hələ də dünyanın ən yaxşı futbolçusudu. Görək, iki ay sonra özümü necə hiss edəcəm. Klubdakı vəziyyətdən də çox şey asılı olacaq. Situasiya dəyişməsə, məni növbəti mövsüm "Milan"ın heyətində görmək şansınız azalacaq.
İbra Avropa Liqası səviyyəsində oyunçu deyil. "Milan" da AL səviyyəsində klub deyil".
Fanat.Az