Məmmədov "Valensiya"nın futbolçusunu cəzalandırdı

Məmmədov "Valensiya"nın futbolçusunu cəzalandırdı
Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Orхan Məmmədovun başçılıq etdiyi briqada UEFA Gənclər Liqasının "Zenit" (Rusiya) - "Valensiya" (İspaniya) matçında fit çalıb.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orхan Məmmədov meylan saşiblərinin 2, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Orхan Məmmədovun köməkçiləri Yaşar Abbasovla Kamran Bayramov olub. Dördüncü hakim funksiyasını rusiyalı Vasili Kazartsev yerinə yetirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər