Fransa millisinin və "Mançester Yunayted"in keçmiş futbolçusu Lui Saa Kilian Mbappe (PSJ) və Markus Reşfordu (MY) müqayisə edib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Saa onların bərabərsəviyyəli futbolçular olduqlarını düşünür:
"Mbappe və Reşford bacarıq olaraq bərabərsəviyyəli oyunçulardılar. Hər ikisi sürətlidi, texniki baxımdan güclüdülər, 2-3 müdafiəçi ilə əhatə olunanda vəziyyətdən çıxa bilirlər.
Mövqe olaraq da Kilian və Markus bənzərdilər. Hər ikisi geniş oynamağı sevməklə yanaşı, mərkəzdə də faydalıdılar. Ustalıq baxımından 100% eyni səviyyədədilər. Sadəcə, Mbappe daha stabildi. Digər tərəfdən, Reşford quruculuq mərhələsində olan "Mançester Yunayted"də oynadığı üçün, tam olaraq özünü göstərə bilmir".
Fanat.Az