PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 27-ci turu çərçivəsində keçirilən oyunda "Brest"in müdafiəçisi Haris Belkebla təpiklə vurub.
Fanat.Az xəbər verir ki, görüşün 86-cı dəqiqəsində mübarizə zamanı yıxılarkən Mbappenin ayağından tutub. Kilian isə digər ayağı ilə rəqibinə zərbə endirib.

Bu barədə Harisin komanda yoldaşı Pyer Lis-Melu "Canal+"ə danışıb. Pyer Mbappenin sərt şəkildə cəzalandırılmasını istəyib:
"Bunu bəhanə kimi qəbul etməyin. Sadəcə, demək istəyirəm ki, bunu başqa futbolçu etsəydi, cəzası necə olardı? Hakim mənə dedi ki, zərbə o qədər də güclü deyildi".
Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 66-ya çatdıran Paris klubu luderliyini möhkəmlədib.
Nihat