Mbappe Messini geridə qoydu

Mbappe Messini geridə qoydu

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Fransa millisinin ulduzu buna ötən gecə "Yuventus"la görüşdə (2:1) dubl etməklə nail olub. 

Beləliklə o, qitənin ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 35-ə çatdırıb. 23 yaş 260 günlyündə olan forvard ÇL-də 35 qol həddinə ən tez çatan oyunçu ünvanına sahib çıxıb.

Öncəki rekord hazırda PSJ-də top qovan Lionel Messiyə məxsus idi. O, "Barselona"da oynayarkən 23 yaş 307 günlüyündə ÇL-də 35 qol vurmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər