Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR

Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR
PSJ-nin hücumçusu Kilian Mbappe öz kumirlərindən bəhs edib.
Fanat.Az "Daily Mirror"a istinadən xəbər verir ki, fransız futbolçu Zinəddin Zidan və Kriştianu Ronalduya pərəstiş etdiyini bildirib:
"İki rol modelim var. Birincisi Zinəddin Zidandı. Fransa yığmasındakı uğurlarına görə ona pərəstiş edirəm. Digər isə Ronaldudu. Qazanmadığı uğur qalmayıb. Buna baxmayaraq, yenə cəhd edir və qalib ruhunu özündə qoruyub saxlayır.
Onların hər ikisi futbol tarixində iz qoyublar. Mən də bu "kitab"da öz fəslimi yazmaq istəyirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər