Maradonaya görə 10 nömrəli futbolkanın ləğvi təklif olundu

Maradonaya görə 10 nömrəli futbolkanın ləğvi təklif olundu
Ötən gün dünyasını dəyişən argentinalı superveteran Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, belə bir təkliflə Fransanın "Marsel" komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.
43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: "Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər