“Mançester Yunayted”in sabiq futbolçusu karyerasını başa vurdu

“Mançester Yunayted”in sabiq futbolçusu karyerasını başa vurdu

"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellaini karyerasını başa vurduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

36 yaşlı futbolçunun son klubu Çinin "Şandun Tayşan"ı olub. O, əvvəllər “Mançester Yunayted”, “Everton” və “Standard”da da çıxış edib. Fellaini Belçika millisində 87 oyunda 18 qol vurub.

Futbolçu "Mançester Yunayted"lə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə superkubokunu və Avropa Liqasını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər