"Mançester Yunayted"in futbolçusundan rəfiqəsinə qarşı şiddət - PAYLAŞIM

"Mançester Yunayted"in futbolçusundan rəfiqəsinə qarşı şiddət - PAYLAŞIM

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud rəfiqəsinə şiddət göstərməkdə və cinsi təcavüzdə günahlandırılıb.

Fanat.Az xəbər verir ki, model Harriet Robsonun 2019-cu ildən bir yerdə olduğu futbolçu tərəfindən döyüldüyünü iddia edərək qan və qançırlarla dolu videolarını, fotolarını sosial şəbəkə hesabından paylaşması hər kəsi şoka salıb.  

Robson son vaxtlar münasibətlərinin qaydasında olmadığını, Qrinvudun "qırmızı şeytanlar"ın acısını onun üzərində tökdüyünü bildirib. 

"Mançester Yunayted" azarkeşləri Qrinvudun bu davranışına hiddətlənərək onun cəzalandırılmasını tələb ediblər. Hətta bir çox tərəfdarlar futbolçunun zorlamada təqsirli bilinən "Mançester Siti"nin müdafiəçisi Bencamin Medi kimi həbsxanaya göndərilməli olduğunu vurğulayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər