“Mançester Yunayted”in futbolçusu üçün mövsüm erkən bitdi

“Mançester Yunayted”in futbolçusu üçün mövsüm erkən bitdi

İngiltərənin “Mançester Yunayted” komandası ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Donni van de Bek uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçunun dizindən aldığı zədəyə görə bu mövsümün sonunadək meydana çıxmayacağı açıqlanıb. Niderlandlı oyunçunun yalnız növbəti mövsümün əvvəlində hazır olacağı bildirilir.

2020-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə gəlmiş Donni, bu komanada 60 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər