"Mançester Yunayted"in futbolçusu silahlı soyğuna məruz qaldı

"Mançester Yunayted"in futbolçusu silahlı soyğuna məruz qaldı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Tahit Çonun bu ilin yanvarında silahlı soyğuna məruz qaldığı barədə məlumat yayılıb.

Fanat.Az  "The Sun" qəzetinə istinadən xəbər verir ki, hazırda icarə əsasında "Birmingem"də oynayan Tahitin evinə yanvarın 16-da 3 silahlı soyğunçu girib. Onlar yatmış futbolçunun boğazına bıçaq dirəyərək bahalı saatları və qızıl-zinət əşyalarını tələb ediblər.

Polis baş verən hadisənin iştirakçılarının kimliyini hələ də müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, bu il Mançester şəhərinin iki təmsilçisində - "Mançester Yunayted" və "Mançester Siti"də çıxış edən daha 4 futbolçu soyğuna məruz qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər