"Mançester Yunayted"in futbolçusu Ronaldunun klubuna satıldı - RƏSMİ

"Mançester Yunayted"in futbolçusu Ronaldunun klubuna satıldı - RƏSMİ

"Mançester Yunayted"in braziliyalı müdafiəçisi Aleks Telles karyerasını Səudiyyə ərəbistanında davam etdirəcək.

Fanat.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Telles "Əl-Nəsr"in formasını geyinəcək.

30 yaşlı "sambaçı" 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"da keçirib və Avropa Liqasının qalibi olub.

Daha öncə Tellesin Səudiyyə Ərəbistanı təmsilçisində illik 7 milyon avro maaş alacağı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, bu ilin yanvarında portuqaliyalı superulduz Kriştianu Ronaldu da "Əl-Nəsr"in uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər