“Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurdu

“Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurdu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Marsel Zabitser cari mövsümü erkən başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Vest Hem”lə oyunda zədələnən 29 yaşlı futbolçu menisk nahiyəsindəki xəsarətə görə mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Müqavilə ilə Almaniyanın “Bayern” klubuna məxsus olan Zabitser “Mançester Yunayted”də icarədə oynayır. O, İngiltərə klubunda 18 oyuna 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər