"Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqard bu qış "qırmızı şeytanlar"ı tərk etmək istəyir.
Fanat.Az "Manchester Evening News"a istinadən xəbər verir ki, o, yalnız icarə təkliflərini dəyərləndirməkdə maraqlıdır.
Belə ki, MY ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 29 yaşlı oyunçu tələsmək istəmir. İngiltərə millisinin üzvü gələcək karyerası ilə bağlı azad agent statusu alandan sonra qərar vermək niyyətindədir.
Linqard ötən ilin sentyabrında az oynadığını əsas gətirərək "Mançester Yunayted"in yeni anlaşma təklifini geri çevirmişdi.
Sözügedən futbolçu bu mövsüm Mançester təmsilçisinin formasıyla bütün turnirlər daxil olmaqla, 14 oyuna çıxıb. Bu qarşılaşmalarda 2 qol vuran orta xətt oyunçusu eyni sayda məshuldar ötürmə ilə yadda qalıb.