"Mançester Yunayted" futbolçuların qəbiristanlığına çevrilib" - Qari Nevill

"Mançester Yunayted" futbolçuların qəbiristanlığına çevrilib" - Qari Nevill

"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "qırmızı şeytanlar"ın problemlərindən danışıb.

Fanat.Az xəbər verir ki, "Mirror" onun söylədiklərini belə çatdırıb:

"Mançester Yunayted"in son 10 ildə yaşadığı ən ciddi problemlərdən biri transfer işlərininin baş məşqçilərə həvalə edilməsidir. Bu müddətdə MY 1,2 milyard funt-sterlinq xərlədiyi halda, transferlərin 75 faizi uğursuz olub. 

Futbolçuları qınamaq çıxış yolu deyil. Anxel Di Mariya, Ceydon Sanço, Rafael Varan kimi adlar çox şey deməkdir. Bura Kriştianu Ronaldunu da əlavə etməliyik. Ancaq fakt budur ki, "Mançester Yunayted" futbolçuların qəbiristanlığına çevrilib. Hazırda bu klubdan təklif alan oyunçular "hə" deməyə tərəddüd edir. Açığı, uzun illərdir ki, MY-nin akademiyası da effektsiz fəaliyyətlə diqqət çəkir".  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər