"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yay trasnfer pəncərəsində 6 futbolçunun yola salınmasını istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ı böyük ehtimalla, qapıçı - Din Henderson, müdafiəçilər - Harri Maquayr, Erik Beyi, Aleks Telles, yarımmüdafiəçi - Donni van de Bek və "Börnli"dən icarəyə götürülən hücumçu - Vaut Veqorst tərk edəcək.
Qeyd edək ki, Henderson ötən mövsümü icarə əsasında "Nottingem Forest"də, Beyi "Olimpik Marsel"də, Telles "Sevilya"da keçirib. Van de Bek və Maquayr isə MY-də olub.
Nihat