"Mançester Yunayted" argentinalı futbolçu üçün təklif göndərdi

"Mançester Yunayted" argentinalı futbolçu üçün təklif göndərdi

"Mançester Yunayted" "Ayaks"ın müdafiəçisi Lisandro Martinesi heyətinə qatmaqda maraqlıdır.

Fanat.Az "Tyc Sports"un jurnalisti Ernan Sistoya istinadən xəbər verir ki, İngiltərə klubu Argentina millisinin üzvü üçün 40 milyon avro təklif edib.

"Ayaks"ın Lisandronu daha yüksək qiymətə satmağı planlaşdırdığı bildirlib. 

Qeyd edək ki, 24 yaşlı Martines universal futbolçudur. O, müdafiənin mərkəzi və sol cinahında, eləcə də dayaq yarımmüdafiəçisi mövqeyində oynaya bilir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər