"Mançester Yunayted" 5 futbolçusunu satışa çıxaracaq - ADLAR

"Mançester Yunayted" 5 futbolçusunu satışa çıxaracaq - ADLAR
"Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer komandada saxlamaq istəmədiyi futbolçuların siyahısını rəhbərliyə verib.
Fanat.Az "Manchester Evening News”a istinadən xəbər verir ki, norveçli çalışdırıcı 5 futbolçuyla iş birliyinə son qoymaqda qərarlıdı.
Müdafiəçilər – Fil Consla Kris Smollinq, yarımmüdafiəçilər – Cessi Linqard və Andreas Pereyra, eləcə də hücumçu Aleksis Sançeslə yolların ayrılması planlaşdırılır.
 
Sulşer sözügedən oyunçuların satılmasını və heyətə yeni futbolçular cəlb edilməsini istəyir.
Qeyd edək ki, MY məlum səbəbdən yarımçıq dayandırılan Premyer Liqanın turnir cədvəlində 45 xalla 5-cidi.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər