Mançester nəhəngləri ispan futbolçu uğrunda mübarizə aparırlar

Mançester nəhəngləri ispan futbolçu uğrunda mübarizə aparırlar
"Atletiko"nun yarımmüdafiəçisi Saul Nyiqes karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" Saulun xidmətində maraqlıdı.
"Atletiko" ispan futbolçunun müqaviləsini yeniləməyə çalışsa da, danışıqların gedişində yubanmalar yaranıb. Məhz bu amil də Mançester nəhənglərini hərəkətə keçməyə vadar edib.
Madrid təmsilçisi Saulun sözləşməsini 2026-cı ilə kimi uzatmaq və ona 150 milyon avro sərbəstqalma məbləği qoymaq istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər