Malili futbolçu Avstriyanı Fransaya dəyişdi

Malili futbolçu Avstriyanı Fransaya dəyişdi

"Zalsburq"un yarımmüdafiəçisi Məhəmməd Kamara "Monako"ya keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə moneqaskların rəsmi saytı məlumat yayıb. 

22 yaşlı futbolçunun müqaviləsi 5 il - 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Kamara 2021/2022 mövsümündə Avstriya təmsilçisinin heyətində 37 oyun keçirib. Bu görüşlərin 25-i Bundesliqaya təsadüf edib. Malili yarımmüdafiəçi bu görüşlərdə bir qol vurub və beş məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər