Maldini dünya futbolundakı dostlarının adlarını dedi

Maldini dünya futbolundakı dostlarının adlarını dedi

İtaliya futbolunun canlı əfsanəsi Paolo Maldini dünya futbolundakı dostlarının adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "pianetamilan.it" onun dediklərini belə çatdırıb:

"Mənim Ancelo Karbone, İbrahim Ba, Alessandro Kastakurta ilə çox isti münasibətim var. Vyeri? Biz onunla "Milan"da cəmi yarım il birlikdə oynamışıq, amma yığmada daha çox görüşmüşük. Ümumiyyətlə, görüşüb böyük məmnuniyyətlə ünsiyyət qurduğum insanların sayı çoxdur".

Xatırladaq ki, 55 yaşlı Maldini yalnız "Milan"ın uğurları üçün çalışıb. O, 1985-2009-cu illər aralığında "qırmızı-qaralar"ın sıralarında olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər