Makronun arvadının milliyə təklif etdiyi futbolçu istintaqa cəlb olundu

Makronun arvadının milliyə təklif etdiyi futbolçu istintaqa cəlb olundu

Fransanın "Reyms" klubunun və Yaponiya millisinin oyunçusu Dzyündzi İto zorlamada ittiham olunaraq istintaqa cəlb edilib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Kyodo" yayıb. 

Mənbənin məlumatına görə, iki qadın İto tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edərək Yaponiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Onlar deyiblər ki, futbolçu ötən yay Osakadakı oteldə onlara spirtli içki verib və razılıq olmadan təcavüz edib.

İto özü də iki qadınla vaxt keçirdiyini inkar etmir. Lakin idmançının vəkili qadınların ifadələrindəki ziddiyyətlərə və sübutların olmamasına diqqət çəkərək, zorlama ittihamlarını tamamilə əsassız adlandırıb.

Yaponiyalı hücumçu keçən həftə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit tərəfindən Didye Deşama Fransa millisinə çağırılması təklifindən sonra gündəmə gəlmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər