Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə start verilir. Fanat.az хəbər verir ki, mövsümün startından öncə "Xəzər Lənkəran" rəhbərliyi komanda üzvləri ilə görüşüb.
Lənkəran şəhər stadionunda baş tutan görüşdə "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov və vitse-prezidenti Tuyqun Nadirov iştirak edib. Onlar komandaya yeni mövsümdə uğurlar arzulayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın I turu çərçivəsində bu gün "İnter"i qəbul edəcək.

Fanat.az