Mahirlə eyni aqibəti yaşayan futbolçu da getdi

Mahirlə eyni aqibəti yaşayan futbolçu da getdi

"Legiya"da Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib. 

Bu barədə MLS təmsilçisinin rəsmi saytı xəbər yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, ötən ilin dekabrında Polşa çempionatının 28-ci turunda Plotsk "Visla"sına məğlubiyyətdən sonra azarkeşlər komandanın avtobusuna girərək Mahir Emreli və Lukinyası vurublar. Bu olayın ardından millimizin hücumçusu "Legiya"dan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər