Polşa "Legiya"sının futbolçusu Bartoş Kapustka sabiq komanda yoldaşı Mahir Emreli haqda danışıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi millimizin hücumçusu haqda bunları söyləyib:
"Mövsümün əvvəlində yaxşı çıxış etdi. Həmin vaxt qollar vura biləcəyini sübut etdi. Emrelinin komanda və məşqçilər heyəti ilə ünsiyyəti az idi və onlara qarşı dürüst deyildi. İlin sonunda onunla bağlı başqa məlumatlar aldıq. Qış tətilinə gedəndə vəziyyət dəyişdi. Bundan əlavə, mənim Mahirlə çox əlaqəm olmayıb".
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə 4,5 illik sözləşmə imzalayıb.