Mahir Emreli yenə ayın ən zəif futbolçusu seçildi

Mahir Emreli yenə ayın ən zəif futbolçusu seçildi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda növbəti dəfə ən zəif oyunçu seçilib.

Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, dekabrda -4 xala layiq görülüb.

Komandanın argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla "ayın oyunçusu" adına layiq görülüb.

Qeyd edək ki, son ölkə çempionu dekabrda keçirdiyi 6 oyunun 4-də məğlub olub, 2-də isə qalib gəlib. Bu görüşlərin 2-də meydana çıxmayan Emreli digər qarşılaşmalarda fərqlənə bilməyib. Emreli oktyabr və noyabrda da ən zəif oyunçu sayılıb.

"Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər