Polşa çempionatının ilk yarısında zəif çıxış edən futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Polskapilka" nəşrinin təsis etdiyi heyətdə "Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli də yer alıb.
24 yaşlı hücumçu sorğuda 10 səs toplayan yeganə oyunçudur. Emrelinin bəzi qarşılaşmalarda 100 faizlik qol şanslarından yararlana bilmədiyi, bəzən isə zərbələrinin dirəkdən qayıtdığı vurğulanıb.

Qeyd edək ki, "Legiya" azarkeşləri XVIII turda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.