İngiltərə Premyer Liqasında çıxış edən klublar koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan maddi itkilərə rəğmən futbolçuların maaşlarını azaltmağa tələsmirlər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, klublar qərarın oyunçular arasında narazılığa səbəb olacağından qorxurlar.
Məsələ ilə bağlı yekun qərarın kollektiv şəkildə, klublar, Professional Oyunçular Assosiasiyası, Professional Məşqçilər Assosiasiyası və İngiltərə Futbol Liqası rəhbərliklərinin iclasından sonra qəbul ediləcəyi gözlənilir. İclas bu günə planlaşdırılıb.
Fanat.Az