Lüksemburqun 6 futbolçusu millimizlə oyunu buraxa bilər

Lüksemburqun 6 futbolçusu millimizlə oyunu buraxa bilər
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Azərbaycanı qəbul edəcək Lüksemburq yığması oyun öncəsi ciddi problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, komanda meydana itkilərlə çıxacaq.
 
Cəzalı Vahid Selimoviç və Dirk Karlsona zədəlilər Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviç də qoşulub. Onların bugünkü qarşılaşmada meydana çıxıb-çıxmayacaqları bəlli deyil.
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər