London "Arsenal”ı dörd futbolçusu ilə vidalaşıb.
Fanat.Az İngiltərə təmsilçisinin rəsmi saytına xəbər verir ki, qapıçı Metyu Rayan, müdafiəçi David Luis, eləcə də, bu komandada icarə əsasında çıxış edən Daniel Sebalyosla Martin Edeqor "topçular”la yolları ayırıb.
Sebalyos və Edeqor müqavilə ilə məxsus olduqları "Real”a dönübsə, Luislə Rayanın müddəti bitən anlaşmaları yenilənməyib.
Qeyd edək ki, "Arsenal” Premyer Liqada geridə qalan mövsümü 61 xalla 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
Fanat.Az