Liqa 1 klubunun futbolçusu üçün mövsüm bitdi

Liqa 1 klubunun futbolçusu üçün mövsüm bitdi

“Tuluza”nın hücumçusu Zakaria Abuxlal bu mövsüm aldığı zədəyə görə heç bir oyunda iştirak edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, o, 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunu da buraxacaq.

Fransa klubu rəsmi saytında mərakeşli futbolçunun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda, “Union”la qarşılaşmada (1:1) dizindən zədə aldığı üçün əməliyyat olunduğunu açıqlayıb.

23 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 6 oyuna çıxıb və 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər