"Lion"un futbolçusu millimizlə matçda oynamayacaq

"Lion"un futbolçusu millimizlə matçda oynamayacaq
21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib. 
Fanat.Az xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək. 
Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Əzələsindən xəsarət almış 22 yaşlı yarımmüdafiəçi 26-cı dəqiqədə əvəzlənib. Buna baxmayaraq, Ren-Adelaid komanda ilə birlikdə Azərbaycana səfər edib. 
Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər