Liderlərdən heç-heçə

Liderlərdən heç-heçə

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 14-cü turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, mərkəzi görüş Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Çempionluğa iddialılar “Kür” və “Bakı” üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə yekunlaşıb - 26:26.

Bununla da “Kür” 20 xalla liderliyini davam etdirib. “Bakı” və “Azəryol” hərəyə 18 xalla 2-3-cü yerləri bölüşdürürlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər