Levandovski yenə ilin ən yaxşı futbolçusu oldu

Levandovski yenə ilin ən yaxşı futbolçusu oldu

"Bayern Münhen"in və Polşa millisinin hücumçusu Robert Levandovski "The Guardian" nəşri tərəfindən ilin ən yaxşı futbolçusu elan edilib.

Fanat.Az xəbər verir ki, səsvermədə 219 futbol eksperti iştirak edib ki, onlardan da 24-ü sabiq futbolçular olub.

İkinci yerə PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi layiq görülübsə, üçüncü yeri "Liverpul"un və Misir millisinin forvardı Məhəmməd Salah tutub. "Mançester Yunayted"in və Portuqaliya seçməsinin 36 yaşlı superulduzu Kriştianu Ronaldu isə 8-ci olub.

Qeyd edək ki, "The Guardian" ötən il də Levandovskinin "ən yaxşı" seçildiyini açıqlamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər