"Legiya"nın məhkəməyə verdiyi futbolçu yenə Mahirə "ilişdi"

"Legiya"nın məhkəməyə verdiyi futbolçu yenə Mahirə "ilişdi"

"Legiya"nın (Polşa) sabiq hücumçusu Voytsex Kovalçik klubun onu məhkəməyə verməsi ilə bağlı məlumata münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "Super Expressie" nəşrinə danışan 49 yaşlı veteran futbolçu klubun onu məhkəməyə vermək istəyinin tamamilə mənasız olduğunu söyləyib.

Kovalçik millimizin üzvü Mahir Emrelinin də çıxışına toxunub: "Mahir Emreli də Çeslav Mixneviç kimidir. Avrokuboklarda əla, liqada isə bərbaddır".

Qeyd edək ki, Kovalçik "Legiya"nın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandırıb. Onun ittiham etdiyi futbolçular arasında Mahir Emrelinin də olduğu yazılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər