"Legiya" Mahir Emrelini ittiham edən sabiq futbolçusunu məhkəməyə verir

"Legiya" Mahir Emrelini ittiham edən sabiq futbolçusunu məhkəməyə verir

Polşa "Legiya"sı komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

Bununla bağlı Varşava təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veteran forvarda qarşı hüquqi addımlar atılacaq. Bundan əlavə, bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə təkzib olunub.

Xatırladaq ki, Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.//report.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər