Öldüyü deyilən futbolçu sağ imiş: Saxta sənədlə dələduzluq edib

Öldüyü deyilən futbolçu sağ imiş: Saxta sənədlə dələduzluq edib

"Şalke"nin keçmiş futbolçusu Yannik Kamba və həyat yoldaşı Kristina dələduzluqda ittiham olunurlar.

Fanat.Az “Bild”ə istinadən xəbər verir ki, onların hər biri 4 milyon avro məbləğində sığorta almaq üçün futbolçuya saxta ölüm sənədi hazırlayıblar. 

Cütlük bu məbləğə görə həyat sığortasından imtina etsə də, saxta ölümündən sonra futbolçunun həyat yoldaşına 1,2 milyon avro ödənilib.

Prokuror əmindir ki, Yannik və Kristina saxta ölümü birlikdə planlaşdırıblar. İstintaqın məlumatına görə, onlar məbləği bölüşmək istəyiblər, lakin sonra aralarında mübahisə düşüb. Prokuror hər ikisinin 4,5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Kambanın vəkil Lars Dippel hökmlə razılaşmayıb: “İttiham fərziyyələrə əsaslanır. Müvəkkilim pulu görməyib, onunla heç bir əlaqəsi yoxdur”.

Kamba isə şərh verməkdən imtina edib. Kristina isə günahsız olduğunu bəyan edib: “Mən ədalətə inamımı itirmişəm”.

Qeyd edək ki, 2016-cı ildə Konqo vətəndaşı olan Kambanın öz ölkəsində avtomobil qəzasında öldüyü bildirilirdi. Kristinaya isə ərinin ölüm şəhadətnaməsi verilib və o, Almaniyada sığorta şirkətini aldadaraq pul alıb.

Futbolçunun ölüm xəbərini eşidəndə bir çox futbolçu, habelə dünya çempionu Manuel Noyer, Tomas Müller və Məsut Özil onun yaxınlarına baş sağlığı verib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər