İtaliyanın "Latsio" klubunun futbolçusu Siro İmmobile bıçaqlı hücuma məruz qalıb.
Fanat.Az "Gazzetta dello Sport"a istinadın xəbər verir ki, Frankavilla Al Mare ərazisində baş verən hadisə zamanı azarkeş əvvəlcə futbolçunun dostları ilə mübahisə edib, daha sonra isə Siroya və ətrafdakılara bıçaqla hücum edib. Lakin cinayətkara müdaxilə edilib və o, hadisə yerindən uzaqlaşıb.
Polis artıq həmin şəxsin kim olduğunu müəyyənləşdirib və onun futbol izləməsinə qadağa qoyulan çılğın azarkeş olduğu bildirilir.
Fanat.Az