ÇL: Həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

ÇL: Həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. 

Fanat.Az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Almaniya “Laytpsiq”indən Andre Silva layiq görülüb.   27 yaşlı hücumçu evdə Şotlandiyanın "Seltik" komandasına 3:1 hesabı ilə qalib gəldikləri matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.   ÇL-də həftənin ən yaxşı futbolçusu adına Anxel Di Mariya (“Yuventus", İtaliya), Cud Bellingem ("Borussiya", Dortmund, Almaniya) və Covanni Di Lorentso ("Napoli", İtaliya) da namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər